Ölkə içi

Parlament bu qanunda dəyişiklik etdi

Parlament “Dini etiqad azadlığı haqqında” Qanununda dəyişiklik edib.

Dəyişikliyə əsasən qanunun 12-ci maddəsinin dördüncü – səkkizinci hissələri müvafiq olaraq beşinci – doqquzuncu hissələr hesab edilir və aşağıdakı məzmunda dördüncü hissə əlavə olunur:

“Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar dini qurumdan tələb edilmir.

Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi dini qurumun razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya dini qurum tərəfindən təmin edilir”.

Qeyd edək ki, hazırda müzakirələr davam edir. Milli Məclis üzvləri bir sıra qanunlara texniki dəyişiklik edir.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button