Ölkə içi

Orbanın Şuşaya səfəri Qərbi qəzəbləndirib

Macarıstanın baş naziri Viktor Orbanın Şuşaya səfər etməsi və orada Türk Dövlətləri Təşkilatının toplantısında iştirak etməsi Qərb siyasi dairələrini qəzəbləndirib. JAMAZ.İNFO xəbər verir ki, Avropa Parlamentinin üzvləri ilə yanaşı, qurumun rəsmi şəxsləri bununla bağlı açıqlama veriblər.

Avropa Parlamentinin üzvü Natali Luizot bildirib ki, Orbanın Türk Dövlətləri Təşkilatının Qarabağda keçirilən sammitində iştirakı Macarıstan üçün biabırçılıq, Aİ üçün isə qalmaqaldır.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell isə deyib ki, Aİ Şurasına sədrlik edən Macarıstanın baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində ictimaiyyəti təmsil etmək səlahiyyəti yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button