Ölkə içi

Ölkədən bu qədər vəsaitin aparılmasına göz yumdular – Deputat

“Zamanında bəzi qurumlarımızın “layihələrindən” o qədər əziyyət çəkmişik ki, yenidən bu halla qarşılaşmaq istəmirik”.

Jamaz.info xəbər verir ki, bunu deputat Qənirə Paşayeva Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Vaxtilə Azərycanda bu sahədə fəaliyyət göstərən xarici investisiya şirkətləri ölkədən çoxlu pul apardı, amma investisiya qoymadılar. Maraqlıdır, buna nəzarət edənlər kimlər idi? Kimlər ölkədən bu qədər vəsaitin aparılmasına göz yumub? Mən bildiyimə görə nəzarət edənlər dövlət qurumları olub. İndi bizə kim zəmanət verir ki, belə hallarla qarşılaşmayacağıq. İnsanlara geniş məlumat verilməlidir, çünki onlar keçmişdə olanlar barədə məlumatlıdırlar. Hətta keçmişdə etdiyimiz səhvlərə görə üzr istəməyi də bacarmalıyıq”, – deputat çıxışında bildirib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button