Ölkə içi

Növbəti erməni dələduzluğu: Arazdəyəndəki zavodda ABŞ bayrağı asacaqlar

Bir neçə gündür Ermənistan tərəfi Naxçıvan istiqamətində təxribata əl atmaqdadır. JAMAZ.İNFO xəbər verir ki, erməni tərəfi Arazdəyən kəndindən Ordumuzun üzbəüz mövqelərini atəşə tutur. Azərbaycan Ordusu da düşməni susdurmaq üçün cavab tədbirləri görür.

Qeyd edək ki, ermənilər ənənələrinə sadiq qalaraq, bu dəfə günahı Azərbaycanın üzərinə atmağa çalışırlar. Onlar iddia edirlər ki, guya, Azərbaycan Ordusu Arazdəyən kəndindəki metallurgiya zavodunu davamlı atəşə tutur. Hətta bununla əlaqədar videoçəkiliş də ediblər.

Onların iddiasına görə, Bakının məqsədi sözügedən zavodun işləməsinə mane olmaqdır. Halbuki həmin zavod Araz çayının çirklənməsində müstəsna rol oynayır, Azərbaycan Ekologiya Nazirliyi də bununla bağlı bəyanat yayıb.

Bu gün erməni tərəfi yeni bir fırıldağa əl atmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Arazdəyən inzibati ərazi nümayəndəliyinin rəhbəri Saro Ayvazyan “Hraparak” qəzetinə açıqlamasında deyib ki, guya, Azərbaycan tərəfi “İstiqlal” silahından istifadə edir. “Bu gün atışma olmayıb. Lakin əvvəlki günlərdə Azərbaycan hərbçiləri “İstiqlal” silahından istifadə ediblər. Əgər onun gülləsə adama dəyərsə, parç-parça olar”.

Əsas fırıldaq isə bayraq məsələsi ilə bağlıdır. Ayvazyan bildirib ki, onlar metallurgiya zavodunun üzərində ABŞ bayrağını asmaq qərarına gəliblər. “Hazırda işlər dayandırılıb. İşçilər qorxu içindədirlər və bu səbəbdən də işə gəlməyiblər. Problemin həlli kimi isə ərazidə Ermənistan və ABŞ bayrağının ucaldılmasını istəyirik. Ümid edirik ki, Azərbaycan ABŞ bayrağını görüb, atəş açmaz”.

P.S. Bu növbəti erməni fırıldaqçılığıdır. Atəşkəsi özləri pozurlar, min hoqqadan çıxırlar, bütün fitnələrə əl atırlar. Hər dəfəsində də cavablarını alırlar. Belə olan kimi, dərhal kiminsə bayrağının arxasına sığınırlar. Bir ara Rusiyanın bayrağına sığınıb, qucağında oturmuşdular. İndi də ABŞ bayrağı onlar üçün “əziz” olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button