Ölkə içi

Nazir agentliyin rəisini işdən çıxardı – Yeni rəis təyin etdi

Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Yaşar Abbasovu oktyabrın 18-də vəzifəsindən azad edib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, K.Heydərovun müvafiq əmri ilə, bu vəzifəyə Hikmət Məmmədov təyin olunub.
Qeyd edək ki, polkovnik H.Məmmədov uzun illər Dövlət Gömrük Komitəsində çalışıb. Balakən gömrük-keçid məntəqəsinin rəisi vəzifəsində də işləyib. O, 4 yanvar 1959-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix və Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasını bitirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button