Ölkə içi

Naxçıvanın yeni fövqəladə hallar naziri təyin edildi

Naxçıvan Muxtar Respublikasının yeni fövqəladə hallar naziri təyin edilib.

Jamaz.info APA-ya istinadən xəbər verir ki, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub. Onun yerinə artıq təyinat olub.

Polkovnik Şahin Mirzəyev Naxçıvan MR fövqəladə hallar naziri təyin edilib.

Naxçıvan fövqəladə hallar nazirinin dəyişməsi ilə əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Naxçıvana səfər edib.

Nazir kadr dəyişikliyi ilə əlaqədar toplantı keçirib, yeni naziri təqdim edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button