Ölkə içi

Naxçıvanın işdən çıxarılan prokuroru kimdir?

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib.

Qeyd edək ki, Səbuhi Şahverdiyev 21 il idi ki, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsini tuturdu.

Jamaz.info saytı işdən çıxarılan prokurorun dosyesini təqdim edir:

Səbuhi Zəhmət oğlu Şahverdiyev 1972-ci il avqust ayının 10-da Naxçıvan şəhərində anadan olub. 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini, 2001-ci ildə isə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1996-cı ildən 2001-ci ilin sentyabr ayınadək Naxçıvan Muxtar Respublikası Daxili İşlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləyib. 2001-ci ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin olunub.

4 dekabr 2002-ci il tarixdə Naxçıvan MR-in prokuroru təyin edilmişdi.

II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

Ailəlidir, iki övladı var.

S.Şahverdiyev həm də Nаxçıvаn Muxtаr Rеspubliкаsı Futbоl Fеdеrаsiyаsının sədri postunu tutur. O, 2008 və 2012-ci illərdə кеçirilən коnfrаnslаrdа federasiyaya sədr seçilib.

Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbova yaxın şəxs olduğu bildirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button