Ölkə içi

Naxçıvanda komitə sədri hər gün 97.5 min manat mənimsəyirmiş

Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Rəsmi məlumata görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir. Hicran Rüstəmov 2017-ci il yanvarında bu vəzifəyə təyin edilib.

Jamaz.info  modern.az-a istinadən xəər verir ki, iqtisadçı Natiq Cəfərli Hicran Rüstəmovun komitə sədri olduğu müddətdə hər gün neçə manat mənimsədiyini hesablayıb:

“Rüstəmov vəzifədə 5 il olub, belə çıxır ki, vəzifədə olduğu hər gün üçün 97.5 min manat vəsait mənimsəyirmiş – fantastik rəqəmdir, maraqlı olan məsələ də odur ki, Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə 5 ildə heç o qədər büdcə vəsaiti ayrılmayıb. Daha bir düşündürücü məqam isə odur ki, Naxçıvanda Vasif Talıbovun icazəsi olmadan çayxana belə işlətmək mümkün deyil, amma gömrüklə, maliyyə nazirliyi ilə, indi də bu komitə ilə bağlı mənimsəmələrin həcmi 500 mln. manata yaxınlaşıb – bu qədər vəsaiti Talıbovsuz nəinki mənimsəmək, heç ucadan o rəqəmi Naxçıvanda söyləmək belə mümkün deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button