Ölkə içi

Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvan MR-nın mobil operatoru olan “Naxtel” MMC-nin direktoru dəyişdirilib.
Jamaz.info xəbər verir ki, şirkətə rəhbərlik edən Kamil Yusifov vəzifəsindən azad edilib, onun yerinə Rəşad Namazov təyin olunub.
Yeni direktor bundan əvvəl, ötən ay “Naxtel”ə birləşdirilmiş “Araztech” MMC-yə rəhbərlik edib.
Xatırladaq ki, “Naxtel” 2015-ci ildə yaradılıb, Azərbaycanın sayca 4-cü, ölkənin yeganə regional mobil operatorudur. Hazırda onun nizamnamə kapitalı 1 010 manatdır.(report)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button