Ölkə içi

Naxçıvan Ali Məclisinin işdən çıxarılan şöbə və sektor müdirlərinə yeni vəzifə verildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işdən çıxarılan şöbə və sektor müdirlərinə yeni vəzifə verilib.
Jamaz.info xəbər verir ki, Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin sabiq müdiri Emin Məmmədov muxtar respublikanın Təhsil Nazirliyində məsləhətçi vəzifəsinə təyin edilib.
Qurumun Qəbul sektorunun keçmiş müdiri Rəşad Əhmədov isə bundan sonra fəaliyyətini Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində davam etdirəcək. Ona nazirlikdə məsləhətçi vəzifəsi həvalə olunub.
Qeyd edək ki, ötən gün Naxçıvan MR Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov və Ali Məclisin Qəbul sektorunun müdiri Rəşad Əhmədov işdən azad olunub.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button