Ölkə içi

Naxçıvan Ali Məclisi təcili toplandı

Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilir.

Jamaz.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, iclasa Muxtar Respublikanın heç bir naziri dəvət almayıb.

İclasın gündəliyi barədə rəsmilərə məlumat verilməsə də, Naxçıvanla bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl DTX Naxçıvanda əməliyyat keçirib. Əməliyyatlar nəticəsində Naxçıvanda üç rəsmi şəxs – maliyyə naziri Əliyev Rafael, Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Onlar “xüsusilə külli miqdar”da dövlət vəsaitinin mənimsənilməsində ittiham edilirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button