Ölkə içi

Narkoloji dispanserdə bıçaqlanma

Bakıda 44 yaşlı kişi bıçaqlanıb.

Hadisə aprelin 18-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserində baş verib.

Məlumata görə, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü S.Əzizov nahar edərkən heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Ə.Məhərrəmova arxa tərəfdən yaxınlaşaraq, ona qəflətən qarın, qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.(Modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button