Ölkə içi

Musiqi məktəbləri arasında “Zəfər” festivalı keçirilib

Ağdaş Regional Mədəniyyət İdarəsi uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında xalq çalğı alətləri ifaçıları və xanəndəlik ixtisası üzrə “Zəfər” festivalı keçirib.

JAMAZ.info xəbər verir ki, Vətən Müharibəsində əldə edilən qələbəyə həsr olunan festival xalq çalğı alətləri və xanəndəliyin təbliği, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, istedadların aşkara çıxarılması və dəstəklənməsi məqsədi daşıyır.

Müsabiqədə Ağdaş, İsmayıllı, Sabirabad, Şəmkir və Bərdə Regioanl Mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak edib.

Festivalda Qobustan rayon Təklə kənd uşaq musiqi məktəbi də fərqlənib. Gülağa Cəbrayılovun direktoru olduğu sözügedən məktəbin şagirdi Alcanlı Elgün Elbrus oğlu qarmon ixtisası üzrə laureat olub. İxtisas müəllimləri Cahid Mikayılov və Cəbrayıl Məmmədov, muğam müəllimləri isə Elbrus Məlikov və İlqar Abdullayev olan Elgün Alcanlı yüksək ifaçılıq qabiliyyəti göstərib. Onu pianoda konsertmeyster Fatimə Eyvazlı, nağarada isə Ceyhun Səfərov müşayiət edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button