Ölkə içi

MN: “Türkiyə hərbi bazaları qurulmayacaq”

KİV-də ölkəmizin 3 şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlərə Müdafiə Nazirliyindən münasibət bildirilib: “Yayılan məlumatlar həqiqəti əks etdirmir. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır.
Nəzərə almaq lazımdır ki, Azərbaycan da Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button