Ölkə içi

Media işgüzar nüfuzuna xələl gətirən xəbərlərdən çəkinməlidir – Deputat

“Bəzi media resurslarında “Qobu Park-2” yaşayış kompleksindəki binaların vəziyyəti ilə bağlı getmiş informasiyalardan sonra, həm şəxsi kanallarımla, həm də mövzu ilə bağlı araşdırma aparmış mediadan səhih məlumatlar əldə etmişəm. Aldığım məlumatlar bunu deməyə imkan verir ki, ““Qobu park-2” yaşayış kompleksindəki binalar sakinlərin yaşaması üçün təhlükəsizdir”.

Jamaz.info xəbər verir ki, bu fikirləri deputat Aqil Məmmədov deyib.

Deputat bildirib ki, bu günlərdə bəzi saytlardan “Qobu park-2” yaşayış kompleksində binaların vəziyyəti ilə bağlı ona sual ünvanlayıblar:

“Mən qeyd etmişəm ki, tikintidə təhlükəsizlik məsələlərinə cavabdeh olan müvafiq dövlət qurumları var. Bu qurumlar istər tikinti başlamazdan əvvəl, istərsə, hazır binanın istifadəyə qəbul edilməsi ilə bağlı qərarlar verirlər. Bu baxımdan, mövzu ilə bağlı ekspert olmayanların bu məsələlər haqda fikirlər bildirməsini doğru hesab etmirəm. Sonradan apardığım aydınlaşdırma zamanı məlum olan faktlar da göstərdi ki, bu cür məsələlərdə ancaq dövlət qurumlarının məlumatlarına istinad olunmalıdır. “Qobu Park-2” yaşayış kompleksi ilə bağlı məsələyə də bu cür yanaşmaq lazımdır”.

A.Məmmədovun sözlərinə görə bu yaşayış kompleksindəki real vəziyyətlə bağlı artıq mediada obyektiv məlumatlar yer almaqdadır:

“Bina Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının nümayəndələri tərəfindən yoxlanılıb. Binada konstruktiv cəhətdən hər hansı zədə olmadığı bildirilir. Əlbəttə, bunlar sevindirici məlumatlardır. Media öz fəaliyyətində obyektivlik prinsiplərini, həmçinin, heç bir araşdırma aparmadan, dövlət qurumlarının mövqeyini öyrənmədən, xüsusilə, tanınmış şirkətlərin işgüzar nüfuzuna xələl gətirən “xəbərlər” yaymaqdan çəkinməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button