Ölkə içi

Mariya Zaxarova: “3+3 platforması hamı üçün əlverişlidir və həyata keçirilməlidir”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə “3+3” formatından danışıb. JAMAZ.İNFO xəbər verir ki, XİN rəsmisi yeni platformanın bölgə üçün faydalı olacağını vurğuylayıb.  

O qeyd edib ki, Rusiya Azərbaycan və Türkiyə prezidentlərinin “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) adlandırdıqları oxşar regional məsləhətləşmə mexanizminin yaradılması təklifinin tərəfdarıdır. “Təbii ki, biz hesab edirik ki, bu proqramları həyata keçirməyin vaxtı çatıb. Çoxtərəfli regional əməkdaşlıq bu tədbirin bütün potensial iştirakçılarının maraqlarına uyğundur. Bizim fikrimizcə, onun işə salınması etimadın möhkəmləndirilməsinə, dövlətlərarası münasibətlərə, mövcud mübahisələrin həllinə, regionun nəqliyyat və iqtisadi potensialının aşkarlanmasına töhfə verəcək”.

Zaxarova əlavə edib ki, bu məsələ həm mövcud problemləri həll etməli, həm də yeni çağırışları üçün imkanlar yaradacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button