Ölkə içi

Maliyyə Nazirliyi ilə bağlı qərar verildi

Nazirlər Kabineti “Fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası”nı təsdiq edib.

Jamaz.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Maliyyə Nazirliyi nomenklaturası təsdiq edilmiş fövqəladə hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının yaradılmasının cari ildə maliyyələşdirilməsinə dair təkliflərini hökumətə təqdim etməli, Dövlət Ehtiyatları Agentliyi bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button