Ölkə içi

“Mən elə fikir səsləndirməmişəm, əksinə…” – Tahir Mirkişili

“Mən komitənin iclasında o fikirləri səsləndirməmişəm”.
Bu sözləri Qaynarinfo-ya deputat Tahir Mirkişili bildirib.
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət rüsumu haqqında” qanun müzakirəyə çıxarılıb. Yayılan məlumatlara görə, iclasda Tahir Mirkişli rüsumların artırılmasının əhalinin rifahına təsir etməyəcəyini bildirib.
Deputat isə açıqlamasında deyib ki, əksinə, o və həmkarları vətəndaşların gəlirlərinin artırılması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini qeyd edib:
“İnflyasiya getdiyi bir dönəmdə əhalinin gəlirlərinin artırılması düşünülməlidir. Biz də bunu qeyd etmişik. Amma sosial şəbəkələrdə mənim adımdan yalan fikir yayırlar. Nə mən, nə də iclasda iştirak edən həmkarlarım o cür fikir səsləndirib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button