Ölkə içi

Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi

Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.
Jamaz.info APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda şikayət əsassız hesab olunub.
Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ittiham irəli sürülüb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button