Ölkə içi

Məhkəmə Bəxtiyar Hacıyevi ev dustaqlığına buraxmadı

Bu gün Xətai Məhkəməsinndə həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı müraciətə baxılıb.

Jamaz.info xəbər verir ki, prosesə sədrlik edən hakim Bəxtiyar Məmmədov Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasını təmin etməyib.

Vəkil Aqil Layic bildirib ki, Bəxtiyar Hacıyevin səhhəti pisləşib, o, həbsinə etiraz əlaməti olaraq aclığı davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, B.Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.

O, dekabrın 9-da saxlanılıb və Xətai Rayon Məhkəməsi barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. (modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button