Ölkə içi

Lavrov Bakı və İrəvana səfərə gəlir: Nələr müzakirə olunacaq?

Rusiyanın XİN başçısı Sergey Lavrova Bakı və İrəvana səfər edəcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova açıqlama verib.

O bildirib ki, Lavrov öncə İirəvana səfər edəcək və bu mayın 5-6-da baş tutacaq. Rus nazir Bakıya isə mayın 10-11-də gələcək.

Səfərdə Azərbaycan və Ermənistanla görüşlərin keçirilməsi və müzakirələrin aparılması nəzərdə tutulub. Zaxarova onu da deyib ki, görüşlər zamanı ikitərəfli və regional, habelə beynəlxalq arenada əməkdaşlığın daha geniş formaları barədə danışılacaq. Diqqət mərkəzindəki əsas məsələ isə Rusiya, Azərbaycan və Ermənistan arasında noyabrın 10-da imzalanmış razılaşma bəyanatının icrası olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button