Ölkə içi

Krımla Qarabağı eyniləşdirən erməni siyasətçi: Vanesyan Rusiyaya niyə yaltaqlanır?

Ermənistanın milli təhlükəsizlik xidmətinin sabiq rəhbəri, “Şərəf duyuram” blokunun sədri Artur Vanesyan rus telejurnalist Vladimir Solovyova müsahibə verib. JAMAZ.İNFO xəbər verir ki, Vanseyan müsahibəsində Krımın Rusiya ərazisi olduğunu deyib və Qarabağla bu məsələ arasında paralel aparıb.  

Vanseyan billdirib ki, guya, Krım əhalisinin 95 faizi keçirilən “referendum”da Rusiyanın tərkibində olmaq istədiklərini bildiriblər. Onun sözlərinə görə, xalqın seçiminə hamı hörmət etməlidir. Ardından isə Krımla Qarabağ arasında paralel aparıb. “90-cı illərdə də Qarabağda yaşayan ermənilər referendum keçirərək, öz müqəddəratlarını təyin ediblər. Lakin təəssüf ki, heç kim xalqların öz müqəddəratını təyin etmə hüququnu dəstəkləmədi”.

Qeyd edək ki, Ermənistan kəşfiyyatının rəhbəri Krımla Qarabağı nəniki müqayisə edə bilər, heç yan-yana da qoya bilməz. Əvvəla Krım Rusiyanın deyil, Ukraynanın ərazisidir. Bütün dünya da bunu qəbul edir. İkincisi, Krımda heç bir referendum keçirilməyib, ora Rusiya tərəfindən işğal olunub. Üçüncüsü, Qarabağda hər hansı bir referendum keçirilməyib. Bunu hətta erməni siyasətçiləri də etiraf edirlər ki, həmin məsələ quruama bir oyun olub. Digər tərəfdən, Qarabağ Azərbaycanın tərkib hissəsisdir və o, ermənilər tərəfindən işğal olunub. Tezliklə də işğaldan qurtulacaq.

Artur Vanesyan seçkilərdə səs almaq üçün Rusiyanın ətəyindən yapışıb. Elə zənn edir ki, Kreml Ermənistanın rəhbərliyini bu sözlərdən sonra qızıl xonçada ona təqdim edəcək. Ona görə də, hər məqamda, hər çıxışında Rusiyaya yaltaqlanır, ondan mədət umur. Amma bu ağılsız adam anlamır ki, dünyada rusdan etibarsız müttəfiq yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button