Ölkə içi

Konstantin Zatulin: “Bu sənəd Türkiyənin Qafqazda irəliləməsi deməkdir”

“Şuşa Bəyannaməsi” Türkiyənin Qafqazda daha da irəliləməsinə və eyni zamanda Azərbaycanın türk mənafelərinin bələdçisi olduğuna əminliyini göstərir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

Onun fikrincə, Azərbaycan hazırda Türkiyəyə 44 günlük müharibədə göstərdiyi dəstəyin əvəzini qaytarır. “Bu prinsiplərdən çıxış edərək, Şuşa Bəyənnaməsində qeyd olunanlar harada Türkiyənin bitdiyini və haradan Azərbaycanın başladığını deməyi çətinləşdirir. Orada əsas məsələ üçüncü dövlət tərəfindən müdaxilə və ya təhdid olarsa, birgə hərbi əməkdaşlıqdan söz açılır. Həmin sənəddə bir neçə yerdə Ermənistanın adının çəkilməsini, qələbənin qeyd edilməsini, hətta “erməni soyqırımı”nı tanınamamaq üçün addımlar atılacağını xatırlamamaq olmur. Azərbaycan bunların hamısının altından imza çəkib”.

Zatulin hesab edir ki, bəyannamədə “üçüncü dövlət” dedikdə Ermənistan nəzərdə tutulur. “Birmənalı olaraq deyə bilərəm ki, həmin sənəd birbaşa Ermənistanın əleyhinədir”.

Qeyd edək ki, Zatulin deputat olmasına baxmayaraq, Ermənistanın aktiv tərəfdarı və müdafiəçisi kimi çıxış edir. Onun davamlı olaraq, Azərbaycanı tənqid etməsi, hədəf göstərməsi də erməni diasporu ilə yaxın olması, onlardan qaynaqlanması və deputat seçildiyi dairədə ermənilərin çox olması ilə bağlıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button