Ölkə içi

“Kommersant”: “Xankəndi erməniləri hələ də anlamırlar ki, Azərbaycan heç nəyə borclu deyil”

“Bu mitinqə hər hansı ad qoymaq lazım gəlsəydi, onu kədərli adlandırmaq olardı. Ya da məhbusların mitinqi. Gözlər əhvala xəyanət etdi. Heç kim tanınmamış respublikanın fikrini nəzərə almadan onun taleyinin həll olunduğu hissini gizlətməyə çalışmadı”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlər Rusiyanın məşhur nəşri olan “Kommersnat” qəzetində yayımlanan məqalədəndir.

“Kommersant” yazır ki, “Əzab hissi Artsax Milli Assambleyasının deputatlarının qəbul etdiyi bəyanatda da aydın görünür. “Artsax heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayıb və olmayacaq. Məhz bu prinsip Azərbaycan-Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməlidir”, – bəyanatda deyilir. Burada əsas vurğu “borcludur” sözünün üzərinə qoyulub. Problem ondadır ki, Azərbaycan artıq özü üçün qərar verib ki, heç kimə heç nə borclu deyil. Xüsusilə, onun heç kim tərəfindən tanınmamış “DQR”ə, o cümlədən 2020-ci il müharibəsinin nəticələrinə görə ərazisinin 80%-ni itirmiş Ermənistana heç bir borcu yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button