Ölkə içi

Koçaryanın oğlu: “Bakı və Ankara Paşinyan üçün çox şeylər edə bilərlər”

“Azərbaycan və Türkiyənin bizi tək qoyacağına ümid etmək mənasızdır. Demək olar ki, onların bütün tələblərini yerinə yetirən bizim hakimiyyət orqanlarının timsalında öz nümayəndəsi var. Onların məqsədi Ermənistanı bir dövlət kimi sıradan çıxarmaqdır. Və dayanmayacaqlar”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu, deputat Levon Koçaryan deyib.

Erməni deputat hesab edir ki, Azərbaycan və Türkiyə Paşinyan hakimiyyətini dəstəkləmək üçün çox şeyə hazırdır. “Lazım gələrsə, 2021-ci il seçkilərindən əvvəl olduğu kimi, məhbusları geri qaytaracaqlar. Çünki bu, hakimiyyətin reytinqinə yaxşı təsir edəcək. Lazım gələrsə, “sülh” adlı kağıza imza atacaqlar ki, əslində sülhlə heç bir əlaqəsi olmayacaq”.

Onun sözlərinə görə, sərhəddə kiçik insidentlər, xüsusi mini-müharibələr törədilə bilər. “Bunu da ona görə edəcəklər ki, Nikol Paşinyan “50 min insanın həyatını xilas etmək üçün addım atdığını” desin. Yəni ümid etmək olmaz ki, o yolla getmək, daim nədənsə imtina etmək, belə qonşulara sahib olmaqla bir gün sülhə nail olacağıq”.

Koçaryan iddia edir ki, Azərbaycan maksimum güzəştlərə nail olmağa çalışaraq yeni tələblər irəli sürəcək. “Hakimiyyət orqanlarının hərəkətlərinə baxanda proses o istiqamətdə gedir. Və nəticə hamımız üçün son dərəcə ağrılı olacaq”.

Koçaryanın oğlu sonda bildirib ki, onlar delimitasiya və sülhün əleyhinə deyillər. “Amma deyirik ki, indiki prosesin delimitasiya və sülhlə heç bir əlaqəsi yoxdur. Demarkasiyanı həyata keçirmək istəyirsinizsə, o zaman sərhədin bütün perimetri boyunca razılaşmalarınız olmalıdır və yalnız bundan sonra faktiki prosesə keçilə bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button