Ölkə içi

Keçmiş nazir: “Bakı Qərbi Azərbaycanı yarada biləcək”

 “Azərbaycanla müharibə mümkündür. Azərbaycanın başlıca hədəfi Naxçıvana quru yol açmaq və bununla da Türkiyə ilə quru əlaqəsi yaratnaqdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan deyib.

O iddia edib ki, əgər Azərbaycan bu addımı atarsa, özünə zərər vuracaq. “Əgər hərbi müdaxilə olarsa, hansısa Qərb koalisiyası Azərbaycanb iqtidarını hədəfə alacaq, sanksiya tətbiq edəcək”.

Karapetyan bir qədər də irəli gedərək erməni illuziyasını da işə salıb. “Bundan sonra Azərbaycan hissələrə bölünəcək və ucuz neft və qaz Qərbə satılacaq. Ümumiyyətlə, İraq və ya Liviya ssenarisinin təkrarı olacaq. Ona görə də Ermənistan müəyyən mənada Azərbaycanın mövcudluğunun buferi və hətta qarantıdır”.

Keçmiş nazir onu da deyib ki, əgər Azərbaycan planını konkretləşdirsə, Ermənistanı fəth etməyə nail olacaq. “Bu o deməkdir ki, Azərbaycan rahatlıqla Qərbi Azərbaycanı yaratmağa nail olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button