Ölkə içi

Kəlbəcərdə qətlə yetirilən azərbaycanlıların cəsədlərinin basdırıldığı yerlər aşkarlandı

Məlum olduğu kimi, ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq hüququn əsas norma və prinsipləri pozulmaqla Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlarına silahlı hərbi təcavüz aktları başlayıb.

Azərbaycan Respublikası Baş Prokurorluğundan Qaynarinfo-ya verilən məlumata görə, qeyd olunan cinayətlərin gedişində Azərbaycan Respublikasının digər rayonları ilə yanaşı 1993-cü ilin aprel ayının əvvələrində hərbi təcavüz nəticəsində Kəlbəcər rayonu da işğal olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, bu kimi cinayətlərin tam və hərtəfəli istintaq olunması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Belə ki, Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumatlar daxil olmuş və vəhşicəsinə qətlə yetirilmiş şəxslərin cəsədlərinin basdırıldığı yerlər müəyyən edilib.
Bu gün Baş Prokurorluğun əməkdaşları tərəfindən digər aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə birgə qətlə yetirilmiş şəxslərin cəsədlərinin aşkar edilməsi məqsədi ilə qazıntı axtarış işlərinə başlanılıb. Cinayət işi üzrə aparılan istintaq hərəkətlərinin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button