Ölkə içi

“İsa Qəmbər oğlunun hərəkətini pislədi, amma Müsavatın zombiləri…”

“İsa Qəmbər oğlunun hərəkətini pislədi, amma Müsavatın zombiləri papadan artıq katolik olmaqda israrlıdırlar”.

Jamaz.info Bakupost.az-a istinadən xəbər verir ki, bunu hüquqşünas Ənnağı Hacıbəyli deyib.

O, bildirib ki, sözügedən olayın tənqidçiləri də ifrata varır ki, oğlu İsa Qəmbəri bitirdi:
“Müsavatçılar isə ata oğula görə cavabdeh deyil deyirlər. Heç kim İsa bəyin cəzalandırılmasını tələb etmir, söhbət mənəvi məsuliyyətdən gedir ki, valideynlər bundan sığortalana bilməz.
Bir sözlə, bu olayda ikrah doğuran iki tendensiya var: 1) fürsətdən yararlanmaq cəhdləri; 2) zombiçilik.
Ümumiyyətlə, sosial şəbəkələrdə belə ciddi hadisələrə münasibətdə əksər hallarda qərəz, səviyyəsiz rəylər normal, obyektiv yanaşma və polemika mədəniyyətini üstələyir. Biz nə vaxt normal, səviyyəli, qərəzsiz, ədalətli yanaşma sərgiləməyi öyrənəcəyik?” – deyə hüquqşünas sual edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button