Ölkə içi

İrəvanda maraqlı sorğu: “Bakı ilə sülhü Rusiya pozur”

Erməni mediası İrəvanda maraqlı sorğu keçirib. JAMAZ.İNFO xəbər verir ki, yerli nəşrlər Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına hansı ölkələrin mane olduğunu dəqiqləşdirməyə çalışıblar.

Paytaxtın mərkəzi küçələrində keçirilən sorğuda çoxlu sayda respondent iştirak edib. Yerli nəşrlər bildirir ki, sülh sazişinin imzalanmasına Azərbaycanın, Qərbin, Türkiyənin mane olduğunu deyənlər əvvəlki dövrə nisbətən xeyli aşağı olub. Maraqlı məqam odur ki, sorğuda iştirak edənlərin böyük qismi Azərbaycan və Ermənistan arasında sülhün baş tutmamasının əsas günahkarı kimi Rusiyanı göstəriblər. Onlar bildiriblər ki, Rusiya iki ölkə arasında münasibətlərin normallaşmasına heç cür imkan vermir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button