Ölkə içi
İlham Əliyev bu deputatları təltif etdi
Prezident İlham Əliyev Milli Məclisin üç deputatı ilə bağlı sərəncam imzalayıb.
Jamaz.info xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Hümmət oğlu Paşazadə “Şərəf” ordeni ilə təltif edilib.
Dövlət başçısının digər sərəncamları Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) və Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
Qeyd edək ki, bu il Cavanşir Paşazadə və Aqil Abbasın 70, Novruzəli Aslanovun 60 yaşı tamam olur.