Ölkə içi

Hovannesyan: “Azərbaycan hərbi əməliyyata başlaya bilər”

“Azərbaycan yaxın vaxtlarda istənilən hərbi əməliyyatlara başlaya bilər”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Hovhannisyan yerli mətbuata açıqlamasında deyib.

Onun iddiasına görə, guya, Azərbaycan tərəfinin hər gün sərhəddə atəşkəsin pozulması barədə xəbər yayması həmin prosesə hazırlıqdır. “Azərbaycanın siyasəti bu məntiqə uyğundur. Yaxın gələcəkdə Azərbaycanın qısa da olsa istənilən hərbi əməliyyata başlaması və Ermənistanın davamlı atəş açdığını deməsi ilə əsaslandırması mümkündür”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button