Ölkə içi

Heydərov Naxçıvana göndərilən nazirin yerinə bu şəxsi təyin etdi

Naxçıvan Muxtar Respublikasına yeni təyin olunan fövqəladə hallar naziri Şahin Mirzəyevin vəzifəsi müavininə tapşırılıb.

Jamaz.info Qaynarinfo-ya istinadla xəbər verir ki, nazir, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Şimal Regional Mərkəzinin rəis vəzifəsi bu qurumun rəis müavini Babayev Zabil Firuddin oğluna həvalə olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl polkovnik Şahin Mirzəyev Şimal Regional Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib. O, bu vəzifədə Şamı Abdullayevi əvəzləyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button