Ölkə içi

Haaqa Məhkəməsi qərarını açıqladı

Dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi (BMT-nin əsas məhkəmə orqanı) iki iş üzrə: “Ermənistan Azərbaycana qarşı” və “Azərbaycan Ermənistana qarşı”, müvəqqəti tədbirlər haqqında qərar çıxarıb.

“Turan”-ın məlumatına görə, birinci halda məhkəmə Azərbaycanı 2020-ci il münaqişəsi ilə bağlı həbsdə qalan bütün şəxsləri zorakılıqdan qorumağa, onların təhlükəsizliyini və qanun qarşısında bərabərliyini təmin etməyə çağırıb.

Məhkəmə həmçinin məmurlar və dövlət qurumları tərəfindən ermənilərə qarşı irqi nifrət və ayrı-seçkiliyin qarşısını almağa və erməni mədəni irsinin qorunması üçün bütün tədbirləri görməyə çağırıb.

İkinci halda məhkəmə qərar verib ki, Ermənistan azərbaycanlılara qarşı təşkilatlar və şəxslər tərəfindən irqi nifrətin qızışdırılması və təbliğatının qarşısını almaq üçün bütün tədbirləri görməlidir.

Məhkəmə Ermənistanın hərbi əsirlərin azad edilməsi və Bakıdakı Qənimətlər Parkının bağlanması tələbini isə rədd edib.

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi 1945-ci ildə yaradılmışdır. O, Baş Assambleya və BMT Təhlükəsizlik Şurası tərəfindən 9 il müddətinə seçilən 15 hakimdən ibarətdir. Məhkəmə qərarları məcburidir və şikayət verilmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button