Ölkə içi

Həmkarlarına külli miqdarda borcu yaranan həkim məhkəməyə verilib – Qalmaqal

Biləcəridə yerləşən Mərkəzi Dəmir Yol Xəstəxanasında borc qalmaqalı yanaşır. Jamaz.info xəbər verir ki, adıçəkilən xəstəxanada çalışan Zərnişan İsmayılova adlı həkimin həmkarlarına külli miqdarda borcu var.

Hətta Zərnişan İsmayılova bu səbəbdən məhkəməyə də verilib. Hələlik ona qarşı iddia qaldıran borc sahiblərindən biridir.

Vahid məhkəmə portalında da bu barədə məlumat yerləşdirilib.

Həmin məlumatda aydın olur ki, Səkinə Əsədova adlı şəxs Zərnişan İsmayılovanı məhkəməyə verib. İddia Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatındadır. Hətta avqustun 8-də iş üzrə hazırlıq iclası da keçirilib.  Lakin Zərnişan İsmayılova həmin iclasda iştirak etməyib. Onun ölkədə olmadığı bildirilir. Buna baxmayaraq, hazırlıq iclası baş tutub və hakim sentyarbın 5-nə baxış iclası təyin edib.

Mahid məhkəmə portalında işin mahiyyət kimi müqavilələrdən əmələ gələn öhdəliklərə dair mübahisələr göstərilir.

Səkinə Əsədova da Mərkəzi Dəmir Yol Xəstəxanasının həkimidir. İddia olunur ki, Zərnişan İsmayılova ondan borc alıb, lakin naməlum səbəblərdən qaytarmayıb.

İddia olunur ki, Zərnişan İsmayılovanın başqa həmkarlarına da külli miqdarda borcu var. Onlardan da bəziləri məhkəməyə müraciət etməyə hazırlaşır.

 

Bir neçə il əvvəl Zərnişan İsmayılovanın adı Mərkəzi Dəmir Yol Xəstəxanasında baş verən uşaq ölümündə hallanmışdı.

Bundan əlavə, bildirilir ki, Zərnişan İsmayılovla ilə bağlı başqa bir iş də var. Borc sahibləri bu məsələni də ictimailəşdirməyə hazırlaşır.

Zərnişan İsmayılova ilə əlaqə saxlayaraq iddialara münasibət öyrənmək istəsək də, onun hələ də Azərbaycana dönmədiyi məlum oldu.

Jamaz.info

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button