Ölkə içi

Göyçay sakinləri narazılıq edir: “Şəhəri zibil basıb”- FOTOLAR

Bir qrup Göyçay sakini şəhərin tullantılardan təmizlənmədiyindən şikayət edir. JAMAZ.İNFO-nun elektron poçtuna göndərilən məktubda şikayətçilər bildirirlər ki, hazırda Şəhər Təsərrüfat İdarəsinə Cavanşir Qədirov rəhbərlik edir.

Sakinlərin iddiasına görə, Qədirov icra başçısı Natiq Ağayevin yaxın dostudur və onun təsərrüfat işlərindən xəbəri yoxdur. “Həmin idarə Mənzil İstismarı, Sanitar Təmizlik, Yaşıllaşdırma və Abadlaşdırma İdarələrinə nəzarəti həyata keçirir. Cavanşir Qədirovun idarəçilik anlayışı olmadığı üçün Göyçay Şəhər Təsrrüfatı idarəsi iflic olub deyə rayon zibillik, çirkab içində itib batır. Ağaclar susuzluqdan və baxımsızlıqdan kütləvi quruyur. Gözdən pərdə asmaq üçün Göyçay şəhərinin bir iki küçələri təmizlənilir, ancaq digər küçələr baxımsız vəziyyətdədir”.

Şikayətçilər deyirlər ki, zibillər süpürülmür, vaxtlı-vaxtında götürülmür deyə mərkəzdə antisanitariya hökm sürür. “Həttda zibillər yerdə topalanaraq, yandırılır. Buna görə də, Göyçayın küçələrində tez-tez tüstüyə rast gələ bilərsiz”.

Sakinlər onu da iddia edirlər ki, qeyd edilən idarədə maaş kartlarının əksəriyyəti icra başçısının “troll”arına verilib. “Onlar da işə çıxmırlar. Nəticədə, işçi qüvvəsi çatışmazlığı yaranıb və rayonda təmizlik işləri vaxtlı-vaxtında aparılmır”.

Qeyd edək ki, JAMAZ.İNFO-ya şikayət edən Hümbətov Asif Atəş oğlu, Əliyev Rahim Cümşüd oğlu, Məmmədov Xəlil Cəlil oğlu və Həsənov Hüseyn Məhəmməd oğludur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button