Ölkə içi

Folklor Evinin direktoru təqaüdə çıxmaq istəmir

30 ildir Ucar rayon Ramal kənd Folklor Evində bədii rəhbər vəzifəsində işləyən Səlimova Sinbura Ağasəlim qızı 65 yaşı tamam olacaq deyə, təqaüdə çıxarılacaq. O, JAMAZ.İNFO-ya yazdığı müraciətində bildirir ki, Folklor Evində yeganə təhsilli şəxs odur.

Sinbura Səlimova bildirir ki, o, işinə davam etmək istəyir. Lakin yaş həddinə görə, təqaüdə çıxarılacaq deyə, bununla bağlı rəsmi qurumlardan kömək istəyib. “İstəyim və xahişim odur ki, iş təcrübəm, təhsilim, iş stajım, bacarığım və ailə vəziyyətim nəzərə alınaraq, çalışma müddətimi əmək müqaviləsi ilə uzatmağa köməklik göstərəsiniz”.

Ucar sakini qeyd edir ki, ailədə işləyən yeganə şəxs odur. Üstəlik, himayəsində xəstə oğlu Xanoğlan Səlomov var. “Onun müalicə olunması üçün bankdan götürdüyüm krediti hələ ödəyib qurtarmamışam. Çox çətinlik içində, acınacaqlı durumda yaşayırıq”.

O bildirir ki, bu və digər səbəblərdən bir qədər də qalıb, işləmək istəyir. Və ümid edir ki, əlaqədar qurumlar onun vəziyyətini nəzərər alaraq, xahişinə müsbət yanaşacaqlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button