Ölkə içi

Ermənistan 13 mövqeni bu gün Azərbaycana qaytarır – SİYAHI

Azərbaycan Ermənistanla dövlət sərhədinin tam bərpa olunması istiqamətində işləri davam etdirir. Xəbər verdiyimiz ki, Ermənistanın Qafan rayonuna bitişik, işğaldan azad olunmuş ərazilərdəki erməni döyüş mövqeləri sökülür. 
Erməni silahlıları bu gün saat 17:00-dək həmin mövqelərdən və oradakı yüksəliklərdən tam geriyə, Ermənistana çəkilməlidirlər. Bu, Ermənistan-Azərbaycan-Rusiya arasında imzalanmış üçtərəfli razılaşmaya əsasən edilir.
JAMAZ.İNFO modern.az-a istinadən xəbər verir ki, bu gün saat 17:00-dək ümumilikdə Zəngəzur mahalının Qafan rayonunda bəzi yüksəkliklər və 13 kəndə yaxın mövqelər Azərbaycana təhvil verilməlidir.
Çünki həmin yerlər Qarabağ müharibəsi başlayanadək Azərbaycan əraziləri olublar.
Keçmiş SSRI dövründə Ermənistan-Azərbaycan sərhədi bu kəndlər və yüksəkliklərdən keçirdi, ona görə də o ərazilər yenidən Azərbaycanın nəzarətinə verilməlidir. Sözügedən yüksəkliklər isə birbaşa Qafan ərazisindəki 13 kəndə nəzarət imkanı verir.
Söhbət Qafan ərazisindəki aşağıdakı yaşayış məntəqələrindən gedir.
Kaxnut (Novruzlu)
Davit-Bek (Zeyvə)
Ujanis (Ucanis)
Eqvard (Yeğvard)
Aqarak (Əkərək)
Diçmayri (Aşağı Qaraçimən)
Syunik (Sünik)
Çakaten (Çakaten)
Şikaox (Şıxovuz)
Nerkin Hand
Tsav (Tsab)
Gexanuş
Qafan
Məhz bu kəndlərin yaxınlığındakı mövqelərdən ermənilər çıxmalıdır.
Bu hadisə Ermənistanda qəzəb yaradıb və günlərdir davam edən, Baş nazir Nikol Paşinyanın istefasına səsləyən etirazları daha da qızışdırıb.
“Qafan və ətraf kəndlər təhlükə altındadır, cümə axşamı səhər Ermənistan Müdafiə Nazirliyindən hərbçilərə sərəncam gəlib ki, bu gün saat 17:00-a kimi əlverişli yüksəkliklərdən çəkilsinlər, onlar düşmənə verilir”, – Qafanın meri Gevorq Parsyan mediaya deyib.
Onun sözlərinə görə, erməni hərbçilər öz postlarından “Sovet sərhədlərinə” çəkilməlidirlər. “Belə çıxır ki, düşmən sərhədlərimizə yaxınlaşacaq və bizdən cəmi 1 kilometrlikdə, Qafan aeroportundan 200-300 metrdə yerləşəcək. Daha əvvəlki təhlükəsizlik zonası olmayacaq. Kəndlərimizin yolları blokadaya düşür”, – Qafanın meri təlaşla bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button