Ölkə içi

Ermənilər Şurnuxunu tamam tərk etdilər

Xəbər verildiyi kimi, Zəngilan rayonunun Şurunuxu kəndi bu gündən etibarən Azərbaycan Ordusunun nəzarətinə keçib. JAMAZ.İNFO xəbər verir ki, Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi zamanı bu kəndin Azərbaycana məxsus olduğu qətiləşdirilib və Sərhəd Qoşunlarımız orada post qurublar.

Qeyd edə ki, sərhəddin müəyyən edilməsi zamanı Şurnuxu kəndinin ərazisini zəbt etmiş 12 erməni ailəsinə oradan çıxmaları barədə xəbərdarlıq olunmuşdu. Bu gün kənddə yaşayan 12 erməni ailəsi evlərini tərk ediblər. Bu barədə məlumatı kəndin icra nümayəndəsi Akop Arşakyan verib.

Arşakyan bildirib ki, Şurnuxu kəndində elə də çox əhali yaşamayıb. Yaşayanların da əksəriyyəti Qqafan və Gorusdan gələnlər olublar.

Xatırladaq ki, dünəndən etibarən Şurnuxuda qeyri-qanuni məskunlaşmış ermənilər evlərini yandırmağa başlayıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button