Ölkə içi

Ermənilər müğənni Andronun konsertini boykot etməyə çağırırlar: Səbəb Elman Zeynalovdur

Azərbaycanlı müğənni Elman Zeynalova məxsus “Raava Music” leyblinin üzvlərindən biri olan Andro avqustun 30-da İrəvanda çıxış edəcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Andro milliyyətcə qaraçıdır. O, Kiyevdə anadan olub.

Qeyd edək ki, müğənni “İnstaqram” səhifəsinin “Hekayə” bölməsində video yayımlayıb və orada təəssüratlarını bölüşüb. “Hamıya salam. İndi maşınla şəhərin mərkəzinə gedirəm, zəng vurub dedilər: avqustun 30-da ilk dəfə İrəvanda konsert verəcəksən. Mənim arzum gerçəkləşdi. Bilirsən neçə ildir bunu gözləyirəm? Allaha şükür, arzum reallaşdı”.

Erməni mətbuatı əhalini Andronun konsertini boykot etməyə çağırırlar. Onlar yazırlar ki, azərbaycanlı müğənninin rəhbəri olduğu şirkətdə çalışan şəxsin konsertinə getmək olmaz. “Nə çox əyləncə. Andronun konsertinə getməyin. O, azərbaycanlı Elman Zeynalovun şirkətinin nümayəndisidir. Boykot edin”.

P.S. Vallah, billah, bunlar xəstədirlər. Elman Zeynalovu başa düşdük. Axı, Andro azərbaycanlı deyil. O, qaraçı müğənnidir. Onu boykot etmək hansı ağlın məhsuludur?

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button