Ölkə içi

Erməni jurnalist: “Qarabağda mtn yox idi, KQB, FSB var idi”

Ermənistan parlamenti bu yaxınlarda bir zamanlar Qarabağda separatçılar üçün çalışan “xüsusi xidmət orqanı” əməkdaşları haqqında qanun qəbul edib. JAMAZ.İNFO xəbər verir ki, İrəvan hökuməti qondarma “mtn”in əməkdaşlarının Ermənistan MTN-də işləyə biləcəyinə bununla yaşıl işıq yandırıb. Lakin bu qanun Ermənistanda geniş müzakirələrə də səbəb olub.

Vaxtıyla Şuşada “Şuşi” adlı qəzet nəşr edən jurnalist Karen Mirzoyan bu barədə yazıb ki, o, Qarabağda yaşadığı dövrdə “mtn” görməyib: “Mən şokda idim, çünki Qarabağın MTN-i yox idi, Qarabağın KQB-si, FSB-si var idi”.

O bildirib ki, indi həmin adamları Ermənistan MTN-də işə götürmək istəyirlər. “Ermənistan MTN onları işə götürməklə Rusiyaya işləyənlərə imkan yaradacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button