Ölkə içi

Erməni diversantlara Sumqayıtda hökm oxundu

Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə hökm oxunub.
Jamaz.info APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə hakimlər kollegiyası müşavirədən qayıdaraq hökmü elan edib.
Hökmə əsasən, Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviç 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Dünən keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə 12 il cəza istəyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button