Ölkə içi

Erməni deputat: “Azərbaycanın konstitusiya ilə bağlı tələbini reallaşdırmaq mümkündür”

Xəbər verdiyimiz kimi, Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsinin bağlanması üçün bu ölkənin konstitusiyasında dəyişiklik tələbi ilə çıxış edib. Buna səbəb isə Ermənistanın ali qanununda Azərbaycana torpaq iddiasının yer almasıdır.

JAMAZ.İNFO xəbər verir ki, erməni tərəfi də bu faktı təsdiqləyir. Lakin onlar Azərbaycana qarşı torpaq iddiasının konstitusiyada deyil, “İstiqlal Bəyənnaməsi”ndə yer aldığını deyirlər. Üstəlik, onu əhəmiyyətsiz sənəd hesab edirlər.

Ermənistanın hakim partiyası “Mülki Müqavilə”dən olan deputat Ovik Ağazaryan bildirir ki, “İstiqlal Bəyənnaməsi”nə istinad etməməklə, problem həll etmək olar. O hesab edir ki, sözügedən sənəd əhəmiyyətsizdir. “Həmin bəyənnaməni konstitusiyadan ayırmaqla problem yoluna qoymaq mümkündür”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button