Ölkə içi

Elxan Şahinoğlu: “3 amildən yararlansaq, Qarabağ məsələsini tez həll edə bilərik”

“Fikrimcə, 3 amildən faydanala bilsək, 2 ildən sonra Rusiya hərbi kontingentini Azərbaycan ərazisindən çıxarıb separatizmə son qoymaqla Qarabağın tamamına nəzarəti təmin edə bilərik”. JAMAZ.İNFO xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, birinci amil Rusiya-Ukrayna müharibəsinin davamıdır ki, Kremlin diqqətinin və enerjisinin əsas hissəsi buna yönəlib. “İkinci amil Ankara-Moskva tərəfdaşlığı və ortaq layihələridir ki, Kreml Cənubi Qafqaz siyasətində Türkiyə, o cümlədən Türkiyə-Azərbaycan ittifaqını nəzərə almaq məcburiyyətindədir.  Üçüncü amil Ermənistanın baş naziri Nikol Paşinyanın və digər erməni rəsmilərin Rusiya əleyhinə artan açıqlamalarıdır ki, bu qarşıdurmadan da öz məqsədlərimiz üçün istifadə edə bilərik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button