Ölkə içi

Elgiz Qəhrəman: “Bakıya qayıtmaq istəyən adam niyə intihar etsin?”

“İstənilən halda təqsirkar Azərbaycan hökumətidir. Öldürülübsə də onlar öldürüb, intiharda edibsə də, səbəbkar onlardır”. JAMAZ.İNFO xəbər verir ki, bunu “Toplum TV”-yə cəsədi İstanbulda dənizdə tapılan Bayram Məmmədovun dostu İnqilab Quliyev deyib.

İctimai fəal, keçmiş siyasi məhbus Bayram Məmmədovun cəsədi İstanbulda dənizdən tapılıb. Bu barədə mayın 5-də onun Türkiyədə yaşayan dostları məlumat yayıb. B.Məmmədov haqqında mayın 2-dən etibarən xəbər almaq mümkün olmayıb.

Onun barəsində axtarış elan etmək üçün polisə müraciət edildikdən sonra öldüyü məlum olub. Dənizdən tapılan nəşin fotosu dostlarına göstərilib və onun Bayram Məmmədov olduğu müəyyən edilib.

İnqilab Quliyev 

İ.Quliyev deyib ki, Bayram Məmmədov səyahət məqsədilə Türkiyəyə gəlib: “Azərbaycandakı siyasi-sosial vəziyyət hamımıza aydındır. Xüsusilə də Bayram kimi tanınmış siyasi aktivistlər üçün mühitin nə qədər ağır olduğunu da bilirik. O, magistr təhsilinə hazırlaşırdı, qəbul da olunmuşdu. Londonda oxuyacaqdı. Biz buradaydıq deyə səyahətə gəlmişdi. İşləmirdi, sadəcə, dərslərinə hazırlaşırdı. Bir müddət bir yerdə qalsaq da, son bir neçə ayı ona tutduğumuz evdə tək qalırdı, amma daim ünsiyyətdə idik”.

İnqilab Quliyev ölüm hadisəsinin intihar olması ilə bağlı iddiaları və ekspertiza rəyinin də tamamilə əsassız olduğunu deyir.

Elgiz Qəhrəman 

Yaxın dostu Elgiz Qəhrəman “Toplum TV”-yə deyib ki, Bayram Məmmədovun intihar etməsi inandırıcı görünmür: “Biz Bayramla mütəmadi görüşürdük. Sonuncu dəfə 29 apreldə görüşmüşdük. Ondan sonrada yazışırdıq. Aprelin 29-u Türkiyədə karantin olduğu üçün sonuncu dəfə o zaman görüşdük. Həmişəki Bayram idi. Təhsili üçün hazırlaşdığına görə sosial şəbəkələrdən uzaqlaşmışdı. Həm də mənə demişdi ki, iki-üç günə Azərbaycana gedəcək. Bakıya qaytmaq istəyən adam niyə intihar etsin?”.

“Bayramın yaşadığı yerlə hadisənin baş verdiyi ərazi arasında 15 dəqiqə məsafə var. Maraqlıdır, niyə karantin zamanı polis onu yolda saxlamayıb? Saxlayıbsa, necə olub ki, buraxılıb? İddia olunur ki, boğulduğunu görən olub. Sahil mühafizə xidmətinə xəbər edilsə də, xilas etmək mümkün olmayıb, gecikiblər. Bütün bu suallar hələ də açıq qalır”, – Elgiz Qəhrəman belə deyib.

Elçin Sadıqov

Vəkil Elçin Sadıqov “Toplum TV”-yə bildirib ki, Bayram Məmmədovun nəşinin Azərbaycana gətirilməsi üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanılıb: “Nazirlikdən bizə dedilər ki, konsulluqla danışacaqlar. Tapşırıq veriləcək ki, bu işdə yardım edilsin”.

O qeyd edib ki, Bayram Məmmədovun nəşi ekspertizadan keçdikdən sonra Azərbaycana göndərilməlidir: “Çünki şəxs vəfat etdikdən sonra adətlərə görə dəfn edilməlidir. Yaxınlarının da buna hüququ var”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button