Ölkə içi

Edmon Marukyan: “Ermənistan Zəngəzur Dəhlizini açmayacaq”

Dünən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasında çıxışı zamanı İrəvanın Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid etdiyini bildirib. JAMAZ.İNFO xəbər verir ki, Ərdoğanın bu fikirlərinə Ermənistanın xüsusi nümayəndəsi, səfri Edmon Marukyan münasibət bildirib.

O, İTV-nin efirindən bildirib ki, Ermənistanın Zəngəzur dəhlizini açmaq öhdəliyi yoxdur. O iddia edib ki, məsələ süni şəkildə dövriyyəyə buraxılır. “Zəngəzur dəhlizi ilə bağlı müzakirələr qanuni tələb kimi irəli sürülə bilməz. Ermənistan 10 noyabr razılaşmasında belə bir öhdəlik götürməyib. Söhbət yalnız kommunikasiyaların açılmasından gedir və Ermənistan buna hazırdır”.

Marukyan daha sonra deyib ki, Ermənistan Zəngəzru Dəhlizinin açılmasına qarşıdır və bundan sonra da əleyhinə olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button