Ölkə içi

DTX-nin həbs etdiyi məmurun yerinə yeni təyinat

Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinat olub.

Jamaz.info  xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Məlumatda görə, nazir Anar Kərimovun əmri ilə Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsinin icrası şöbə müdirinin müavini Elmir Ağayeva həvalə edilib.

Xatırladaq ki, bundan əvvəl şöbə müdiri İlkin Nəsibov olub. DTX-nin keçirdiyi əməliyyat zamanı saxlanılan İ.Nəsibov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) ittiham olunaraq həbs edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button