Ölkə içi

DSX və MTN-nin sabiq əməkdaşına yeni vəzifə verildi

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Security” MMC-nin direktoru Seyfulla Abbasov vəzifəsindən azad edilib.
Jamaz.info “Report”-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Tehran Babatova həvalə olunub.
Onun vaxtilə Dövlət Sərhəd Xidmətində və ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində çalışdığı bildirilir.
Xatırladaq ki, “ASK Security” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət ASK və onun törəmə müəssisələrinə məxsus qeyri-yaşayış obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və qorunmasını həyata keçirir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button