Ölkə içi

Dostu Bəxtiyar Hacıyevdən imtina etdi

İctimai fəal İlkin Rüstəmzadə hazırda həbsdə olan həmkarı Bəxtiyar Hacıyevin müdafiəsindən imtina etdiyini bildirib.

Jamaz.info Modern.az-a istinadən xəbər verir ki, İlkin Rüstəmzadə sosial şəbəkədə dostunun ünvanına sərt ifadələr işlədib.

O, indiyə kimi B.Hacıyevi müdafiə etdiyinə görə peşman olduğunu vurğulayıb.

“Bəxtiyarı küçə söyüşləri ilə söyməmək üçün özümü zorla saxlayıram.

Adam nə qədər əxlaqsız, ləyaqətsiz və dəyərsiz ola bilərmiş, İlahi. Və ən əsası, belə bir adamı biz necə müdafiə etmişik? Bəxtiyarı müdafiə etdiyim, müdafiə etməyənləri qınadığım üçün hamınızdan üzr istəyirəm…

Gələn dəfə kimisə müdafiə edəndə azı 10 dəfə düşünəcəyəm. Bəxtiyarı bundan sonra müdafiə edən hər kəs elə Bəxtiyarın tayıdır. Ya əxlaqsızdır, ya da kimdənsə paket alır”.

Bununla ürəyi soyumayan ictimai fəal fikirlərini şərh bölməsində davam etdirib. O, “bu qədər zibilin içindəydin, niyə belə yekə-yekə hərəkət eləyirdin?”, “Bəxtiyar, tezliklə azadlığa çıx, səninlə haqq-hesab çəkmək üçün səbrsizliklə gözləyirik” – məzmunlu şərhlərlə fikrini davam edib.

 

İlkin Rüstəmzadə daha sonra Facebook-da canlı yayıma çıxaraq, Bəxtiyar Hacıyevə ünvanladığı sərt ittihamları davam etdirib.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin intim fotoşəkilləri və bəzi qızlarla yazışmaları yayılıb.

Daxili İşlər Nazirliyi bu materialların yayılmasında istintaq orqanlarının əli olmadığını bəyan edib.
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan müstəntiqin vəsatəti əsasında həbs-qətimkan tədbiri bu il aprelin 28-dək uzadılıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və 51 gün sonra – fevralın 28-də aclığı dayandırıb.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button