Ölkə içi

DGK generallarının həbs müddəti uzadıldı

Dövlət Gömrük Komitəsinin (DGK) həbsdə olan iki generalının həbs müddəti uzadılıb.

Jamaz.info publika.az-a istinadən xəbər verir ki, Səbail rayon məhkəməsində DGK yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru, general Ehtiram Xəlilov və Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi, general Məsum Rəsulov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətlərə baxılıb.

Prosesdə istintaq orqanının vəsatətləri təmin edilib, Ehtiram Xəlilov və Məsum Rəsulovun həbs müddətləri 3 ay uzadılıb.

Xatırladaq ki, Ehtiram Xəlilov və Məsum Rəsulov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatlarla həbs olunublar.

Onlar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunublar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button