Ölkə içi

Deputat: “Biz niyə xalqın əleyhinə qərarlar veririk?”

“Azərbaycanda pensiya yaşının 65 olması heç kim tərəfindən qəbul olunmur”
Jamaz.info Anews.az-a istinadən xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin mayın 30-da keçirilən iclasında çıxışı zamanı deyib.
“Ümumi baxsaq, Azərbaycan MDB məkanında ən çox pensiya yaşı tətbiq edən ölkədir. Nə üçün biz xalqın ziyanına olan qərarlar veririk? Təklif edirəm ki, kişilər 62, qadınlar isə 59 yaşında pensiyaya çıxsın. Üç uşağı olan analar isə 55 yaşında pensiya almaq imkanına malik olsun. Bu məsələnin üstündə ciddi durmaq lazımdır”, – deputat bildirib.
T.Kərimli təklif edib ki, iş ştajı da 25 ildən 15 ilə çatdırılsın.
Qeyd edək ki, hazırda Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün isə 1 iyula kimi 63 yaş müəyyən olunub. Qadınların pensiya yaşı 2026-ci ilə qədər 6 aydan bir qaldırılması nəzərdə tutulub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button